TOYOTA T-MATE

Daha təhlükəsiz səyahət üçün sizinlədir

T-Mate, magistral yolda, şəhər içində və ya parkinqdə olmağınızdan asılı olmayaraq, sizə kömək etmək və avtomobil idarə etməyinizi daha təhlükəsiz etmək üçün hazırlanmış sistemlər paketidir. T-Mate sizin hər zaman etibarlı əllərdə olmağınızı təmin edir. Bu sistemlər təkcə sizi və sərnişinlərinizi deyil, digər yol hərəkəti iştirakçılarını da qorumağa kömək edir. Bütün bunlar Toyota-nın yolda təhlükəsizliyə məsuliyyətli yanaşmasının tərkib hissəsidir və bizim missiyamız yol qəzalarının keçmişdə qalmasını təmin etməkdir.

Təhlükəsizlik Sistemi Toyota Safety Sense

Toqquşmanın qarşısını alan sistem (PCS)

Toqquşmanın qarşısını alan sistemimiz digər nəqliyyat vasitələri, piyadalar və velosipedçilər ilə toqquşma ehtimalını aşkarlaya bilir və toqquşmanın qarşısını ala bilməkdə sizə kömək edir. O, audio və vizual xəbərdarlıqlar ilə sürücünü xəbərdar etməklə və əyləc yardımını aktivləşdirməklə işləyir. Sürücü vaxtında əyləci basmazsa, toqquşmanın qarşısını almaq və ya onun fəsadlarını azaltmaq üçün əyləclər avtomatik işə düşür.
Ətraflı məlumat (Opens in new window)

Yol nişanlarını tanıma köməkçisi (RSA)

Yol nişanlarını tanıma köməkçisi qarşıdakı yol nişanlarını izləyir və cari sürət həddi və ya ötmə məhdudiyyətləri kimi lazımi məlumatları kokpit displeyinizdə əks etdirir. Sistem həmçinin sürücü yol nişanı göstəricilərinə əməl etmədikdə vizual və səs xəbərdarlığı edir.
Ətraflı məlumat (Opens in new window)

Adaptiv kruiz kontrol/Tam adaptiv kruiz kontrol (ACC)

Sistem öndəki avtomobil ilə sizin aranızda əvvəlcədən müəyyən edilmiş minimum məsafəni saxlayır. Bu məsafə azalarsa, sistem sürəti tədricən aşağı salır, nəticədə, əyləclər işə düşür və əyləc işıqları yanır.

Öndə hərəkət edən nəqliyyat vasitəsi qəfil dayanarsa, Tam adaptiv kruiz kontrol avtomobilinizi tam dayandıra bilər. Qaz pedalına və ya ACC düyməsinə kiçik təzyiq sistemi yenidən işə salacaq.

Əgər avtomobiliniz Yol nişanı tanıma köməkçisi (RSA) ilə təchiz olunubsa, bu sistem hərəkət istiqamətinizdə müvafiq sürət həddi nişanını tanıyacaq və lazımi düzəlişlər etməyinizi sizə bildirəcək.

 

Ətraflı məlumat (Opens in new window)

Hərəkət zolağını izləmə köməkçisi (LTA)

Hərəkət zolağını izləməyə kömək sistemimiz magistral yollarda hərəkəti daha təhlükəsiz etmək üçün nəzərdə tutulmuşdur. O, sizi hərəkət zolağının mərkəzində saxlayır və siz zolaqdan kənarlaşmağa başlasanız, sükan köməkçisi avtomobilinizi asta şəkildə hərəkət istiqamətinizə doğru yönəldəcək.
Ətraflı məlumat (Opens in new window)

Avtomatik uzaq işıq sistemi (AHB)

Avtomatik uzun işıq sistemi qarşıdan gələn işıqları görmək üçün yolu izləyir. Faraları aşkar edərsə, o, avtomatik olaraq uzaq işıqları söndürür və yaxın işıqları işə salır. Faralar keçəndən sonra sistem avtomatik olaraq yenidən uzaq işıqlara keçir. Nəticə? Siz və digər yol hərəkəti iştirakçıları üçün gecə vaxtı daha təhlükəsiz avtomobil idarəetməsi.
Ətraflı məlumat (Opens in new window)

Təcili dayandırma sistemi (EDSS)

Sistem sürücünün müəyyən müddət ərzində heç bir hərəkət etmədiyini aşkar edərsə, səs siqnalları sürücünü xəbərdar edəcək. Əgər bundan sonra da hərəkət aşkar edilməzsə, EDSS avtomobili hərəkət zolağında saxlamaqla, tədricən onu təhlükəsiz şəkildə dayandırır. Digər yol istifadəçilərini xəbərdar etmək üçün qəza işıqları yanır və zəruriyyət yaranarsa təcili yardım xidmətlərinin asanlıqla daxil olması üçün qapılar kiliddən çıxarılır.
Ətraflı məlumat (Opens in new window)

PARKLAMA ZAMANI DƏSTƏK

Toyota Teammate qabaqcıl parklama

Sizin təhlükəsiz şəkildə park etməyinizə kömək etmək üçün bu sistem sürətlənməyə, sükan idarəetməsinə, əyləc sisteminə və ötürmələri dəyişməyə* nəzarət edir. O, hətta, xüsusi xətlərlə və ya bitişik obyektlərlə qeyd edilməmiş sevimli parkinq yerlərinizi də yadda saxlaya bilir.

*Komplektasiyadan asılı olaraq dəyişir

 

 

Ətraflı məlumat (Opens in new window)

Panoram Görüntü Monitoru (PVM)

Sizi əhatə edən yerin demək olar ki 360° görüntüsünü yaratmaq üçün dörd kameranın təsvirlərini birləşdirən sistem sayəsində parklama indi daha asan və təhlükəsizdir.

Avtomatik Əyləcləmə funksiyalı Arxa Çarpaz Hərəkət Xəbərdarlığı (RCTAB)

Parkinq yerindən çıxarkən bu sistem sağdan və soldan yaxınlaşan nəqliyyat vasitələrini müəyyən edir, onlar barədə sizi xəbərdar edir və toqquşmanın qarşısını almağa kömək etmək üçün əyləcləri tətbiq edir.
Ətraflı məlumat (Opens in new window)

İntellektual Klirens Ultrasəs Sensoru (ICS)

Hər mənada intellektual olan sistem avtomobilin önündə və arxasında olan maneələr barədə sürücünü xəbərdar edir və toqquşmanın qarşısını almağa kömək etmək üçün avtomatik olaraq əyləci işə salır.
Ətraflı məlumat (Opens in new window)

Təhlükəsiz çıxışa kömək (SEA)

Bu sistem avtomobilin açıq qapısı ilə arxadan yaxınlaşan nəqliyyat vasitəsi və ya velosipedçi arasında toqquşmanın qarşısını almağa kömək etmək üçün Kor zona monitoru lazerindən istifadə edir. Əgər toqquşma riski yaranarsa, sərnişinləri xəbərdar etmək üçün səs siqnalı ilə yanaşı, xarici güzgülərdə və multi-məlumat displeyində indikatorlar da yanacaq.
Ətraflı məlumat (Opens in new window)

Arxa oturacaqda xatırlatma sistemi (RSRS)

Avtomobildən çıxarkən arxa oturacaqda sərnişin və ya əşya qalıbsa bu sistem cihaz panelindəki xəbərdarlıq vasitəsilə sürücünü xəbərdar edir.

Komplektasiyadan asılı olaraq, avtomobili kilidləyəndə qəza dayanma işıqları və səsli xəbərdarlıq siqnalı aktivləşir. 

SÜRMƏ ZAMANI DƏSTƏK

Kor zona monitoru (BSM)

Kor zona monitoru sistemimiz sürücünü yan güzgülərdə görə bilməyəcəyi nəqliyyat vasitələri barədə xəbərdar edir. Bu ötmə əməliyyatı zamanı xüsusilə önəmlidir.

 

Ətraflı məlumat (Opens in new window)

Adaptiv uzaq işıq sistemi (AHS)

Bu sistem gecə vaxtı avtomobil idarə edərkən bütün yol istifadəçiləri üçün mümkün olan ən yaxşı görünməni təmin etmək üçün nəzərdə tutulub. Uzaq işıqlarınız digər sürücülərin gözünü qamaşdırmadan yolunuzu yaxşı işıqlandırsın deyə sistem qarşı nəqliyyat hərəkəti ərazisini kölgələndirməklə avtomatik olaraq faraların işıq paylamasını optimallaşdırır.
Ətraflı məlumat (Opens in new window)

Sürücüyə Nəzarət Kamerası (DMC)

Bu sistem sürücünün sayıqlığına və vəziyyətinə nəzarət etmək üçün sükan çarxının üzərində yerləşən kameradan istifadə edir. Sistem normal olmayan vəziyyət, məsələn yorğunluq aşkar edərsə, xəbərdarlıq edir. Diqqətsizliyin daha tez aşkarlanması yoluyla EDSS funksiyasının performansının artırılması üçün bu məlumatlardan istifadə edilir.

 

 

 

Toyota Smart Connect – Yol hadisələri

Bu sistem digər sürücülərdən məlumat toplayaraq və avtomobilin multimedia ekranında xəbərdarlıqları əks etdirərək irəlidə baş vermiş qəzalar və ya sürüşkən səthlər kimi lokal təhlükələr barədə sürücünü xəbərdar edir. Təchiz edilmiş multimedia sisteminin növündən asılı olaraq, həmçinin potensial təhlükələr barədə məlumatın verilməsi mümkündür, bu da yol hərəkəti təhlükəsizliyinin ümumilikdə artırılmasına gətirib çıxarır.

 

 

 

Təcili zəng (E-CALL)

Bu sistem sərnişinlərə nəqliyyat vasitəsinin daxilindəki düyməni basmaqla təcili yardım xidmətlərinə məlumat verməyə imkan verir. Qəza baş verdikdə və ya avtomobilin hava yastıqları açıldıqda, sistem avtomatik olaraq aktivləşir.

Lütfən nəzərə alın ki, burada sadalananlar funksiyaların tam siyahısı deyil.

Bəzi funksiyaların mövcudluğu ölkədən, avtomobilin model və komplektasiyasından asılı olaraq dəyişə bilər.

Sistemlər istismar şərtləri və müddəti çərçivəsində işləyir.

Sürücülər həmişə təhlükəsiz sürməyə görə şəxsən məsuliyyət daşıyır.

Əlavə məlumat üçün istifadəçi təlimatına baxın.