Sizi gündəlik səfərlərinizdə dəstəkləməklə və hər kəs üçün daha təhlükəsiz səfər mühiti yaratmaqla yol qəzalarını mümkün qədər azaltmaq məqsədi daşıyan Toyota Safety Sense dörd aktiv texnologiyadan ibarət olan yeni hazırlanmış paketə malikdir: Toqquşmanın qarşısını alan funksiya, Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası, Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası, Adaptiv Kruiz Kontrol
Toyota Safety Sense texnologiyası potensial təhlükəli vəziyyətləri nəzarətdə saxlamağa və özünüzün və sərnişinlərinizin təhlükəsizliyini təmin etməyə kömək edir: Toqquşmanın qarşısını alan funksiya qarşıdakı avtomobilləri aşkar etmək üçün kamera və lazer sensorlarından istifadə edir və toqquşmaların aradan qaldırılması, yaxud nəticələrinin azaldılmasına kömək edir; Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası avtomobil təsadüfən hərəkət zolağından çıxdığı halda sizə xəbərdarlıq edir; Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası avtomobilin gecə vaxtı daha təhlükəsiz şəkildə idarə edilməsi üçün işıqları dəyişir; və Adaptiv Kruiz Kontrol sistemi sizi qarşıdakı nəqliyyat vasitəsindən əvvəlcədən müəyyən edilmiş minimum məsafədə saxlayır.