Highlander
Qəşəng SUV-də şəhər incəliyiBaşlamağa hazırsınız? Komplektasiya və mühərriki seçin
Komplektasiyanı seçin:
İstənilən yol və hər sürücü üçündür
Highlander Hybrid modeli 2,5 litrlik Dynamic Force Hibrid mühərrikinin təmin etdiyi idarəetmə seçimləri sayəsində avtomobili fərdi istəklərinizə uyğunlaşdırmağa və onun səmərəliliyini daha da artırmağa imkan verməklə öz sinfini üstələyir. NORMAL, ECO, SPORT və ya EV rejimini seçməyinizdən asılı olmayaraq sürətlənmə, güc və həssaslıqla yanaşı, rahat və komfortlu səyahət əldə edəcəksiniz.
Hybrid gücü ilə istədiyiniz kimi sürün
Yeni 2.5 litrlik Dynamic Force hibrid mühərriki 2 tonluq qoşqunu çəkmək üçün kifayət qədər güclüdür və ehtiyac olduqda avtomatik işə düşən AWD-I sistemi ilə birləşdirilmişdir. Əsas mühərrikdən asılı olmayaraq çalışan əlavə arxa elektrik mühərrikin işə salınması sayəsində o, ön təkərlərin sürüşməsinin qarşısını alır və arxa təkərlərə əlavə güc ötürür.
Universal interyer
Toyota Highlander əyləşdikləri yerdən asılı olmayaraq hər sırada ayaqlar üçün kifayət qədər yer və misilsiz genişlik hissi bəxş edən panoram damı sayəsində yeddi nəfərə qədər adamı komfortlu şəkildə daşıya bilir. Onun yük yeri bütün sərnişinlərin əşyalarını yerləşdirmək üçün kifayət qədər sahəyə malikdir.
Highlander-ü belə cəlbedici edən bəzi şık detalları kəşf edin.
Model shown is Style in Celestial Silver (1J9)