İstirahət? İşgüzar səfər
Hara səfər etməyiniz asılı olmayaraq, Hilux avtomobili sizi təyinat nöqtəsinə çatdıracaqdır. Güclü, səmərəli mühərrikləri və 3.5 tona qədər yedəkləmə qabiliyyəti ilə bu avtomobil sözün əsl mənasında dağları yerindən oynada bilər. Dizel ilə işləyən 204 at gücünə malik və 500 Nm-dək fırlanma momenti yaradan yeni 2.8 litrlik mühərrik cəmi 10 saniyə ərzində saatda 100 kilometrədək sürət yığa bilir. Bu, indiyə qədər olan ən güclü Hilux-dur.