Cəsur və möhkəm görünüşlü Land Cruiser 300 modeli xüsusi radiator barmaqlığı və 20 düymlük dəbli xrom disklər ilə seçilir.
4x4
Əfsanəvi̇ yolsuzluq avtomobi̇li̇
Zamanın sınağından çıxmış həllər və qabaqcıl texnologiyanın vəhdəti yeni Toyota Land Cruiser 300 modelini yolsuzluq şəraiti üçün mükəmməl avtomobil edir. Multi Terrain Select funksiyası AUTO rejimində istənilən növ ərazidə yolla maksimum tutunmanı təmin edir, Adaptiv Asqı (AVS) isə real vaxt kəsiyində dönmə, sürətlənmə və əyləcləmə zamanı yol şərtlərindən asılı olmayaraq korpusun yellənməsinin qarşısını alır.
İnteryer
Lüks rahat İnteryer
Bu əfsanəvi yolsuzluq avtomobili əlverişli, rahat və dəbli interyeri ilə digərlərindən seçilir. Toyota Land Cruiser 300 modelinin interyerinin rahatlıq və funksionallığı arxa sərnişinlər tərəfindən də bəyəniləcək. Dəbli arxa oturacaqlar erqonomikliyi ilə seçilir, eləcə də dörd zonalı klimat kontrol hər sərnişin üçün ayrılıqda mikroklimat yaratmağa imkan verir.
Saxlanc yerləri
Tam komfortlu şərai̇tdə daha uzun səyahətlər
Yüksək rahatlıq, ağıllı erqonomika və hər detala xüsusi diqqət Toyota Land Cruiser 300 modelinin interyerinin əsas xüsusiyyətləridir. Mərkəzi dirsəklikdəki soyuducu qutusu isti yay günündə sərin içkilərdən həzz almağınıza, simsiz enerji yükləyicisi isə rahat və qayğısız səfər etməyinizə imkan verəcək. Əlverişli şəkildə yerləşən saxlanc yerlərinin mövcudluğu vacib əşyalarınızı əlçatan yerdə saxlamağınıza kömək edir.