1. sawa
Toyota 10 statusun yoxlanılması

Toyota 10 zəmanəti ilə siz avtomobilinizin zəmanətini heç bir əlavə xərc olmadan yalnız istehsalçının təlimatı olan mütəmadi dövri texniki xidməti yerinə yetirməklə artıra bilərsiniz. Əgər avtomobiliniz bizim regionda mövcud olan rəsmi dilerlərdən əldə olunubsa, avtomobilinizin yaşı 10 ildən və yürüşü 160.000 km-dən aşağıdırsa, bu halda siz bu əlavə zəmanət xidmətindən yararlana biləcəksiniz. Hətta uzun müddət rəsmi dilerlərin xidmətlərindən istifadə etməsəniz belə qeyd olunan meyarlar daxilində əlavə zəmanət xidmətindən yararlana biləcəksiniz. Avtomobilinizin Toyota 10 zəmanət xidmətinə uyğunluğunu buradan yoxlaya bilərsiniz.

Lexus 10-unuzun statusunu yoxlamaq üçün buraya daxil olun.