Proace City Qalereyası

360°-də kəşf et

  • Dizayn

    Yüngülçəkili kimi çevik, ağırçəkili kimi güclü

    Banın üç varındakı və təkər bazasının iki uzunluğu sayəsində sizin biznesiniz Proace City-yə asanlıqla yerləşəcək. Qısa modellərin tutumu 3.7 m³-dək, uzun modellərin tutumu isə 4.3 m³-dək təşkil edir. Heyət üçün kabinası olan model tam yığılan arxa oturacaqları və sürüşən arakəsmə ilə təchiz edilib ki, bu da bütün tələb olan sahəni təmin etməyə imkan verir.

  • Sizin üçün ən optimal variantı tapın

    DIN üzrə 74 ilə 135 arası at gücünə malik müasir benzin və dizel güc qurğularının geniş seçimi və beşmərhələli və ya altımərhələli mexaniki və ya səkkizmərhələli avtomatik transmissiyanı seçmək imkanı. CO² tullantılarının göstəricilərinə görə öz sinfində ən yaxşı nəticələri və üstün yanacaq qənaətliliyi sayəsində Proace City biznesinizin tələblərinə ideal cavab verən güc qurğusuna sahibdir.

  • Ehtiyacınız olduqda əlavə sahəni təmin edə bilir

    Proace City istənilən fəaliyyət sahəsi üçün uyğun olan geniş interyer seçimi ilə şirkətlərin ehtiyacı olduğu çevikliyi təklif edir. Smart Cargo sistemi uzunluğu çox olan yüklər üçün arakəsmədəki orijinal lyuk sayəsində əlavə uzunluğu və yükqaldırma qabiliyyətini yaradır.

  • Təhlükəsizlik hər şeydən üstündür

    Proace City üç təhlükəsizlik paketi ilə təklif edilir ki, bunlardan hər biri sizin tələblərinizə uyğun tərtib edilib. Toqquşmaların qarşısının alınması üçün qabaqcıl sistemin, yol nişanlarını tanıma sisteminin, sükan idarəetməsi funksiyası ilə hərəkət zolağından kənaraçıxma haqqında xəbərdarlıq sisteminin, tənzimlənən sürət məhdudlaşdırıcılı (ASL) kruiz-kontrol və sürücünün diqqəti yoxlama sisteminin də daxil olduğu standart təhlükəsizlik sistemləri sayəsində siz əmin ola bilərsiniz ki, Proace City sizin qayğınıza qalacaq.

Tam ekran Bağla